Dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət daha da ağırlaşır

Dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət daha da ağırlaşır Pandemiyanın əvvəlindən dünyada COVID-19-a aşkar edilmiş yoluxma hallarının sayı artaraq 84 588 500-ə çatıb.
Sağlamlıq
8620
3 Yanvar , 2021 12:26
Dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət daha da ağırlaşır

Pandemiyanın əvvəlindən dünyada COVID-19-a aşkar edilmiş yoluxma hallarının sayı artaraq 84 588 500-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın yerli hakimiyyət orqanları, habelə dünya ölkələrinin müvafiq qurumlarının statistikaları ilə hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, dünyada bir gündə COVID-19-dan ölənlərin sayı 1 milyon 836 mini ötüb. Pandemiya müddətində koronavirusa yoluxmuş 59 milyondan çox insan sağalıb.

Dünyada koronavirusa ən çox yoluxma və ölüm Birləşmiş Ştatlarda aşkarlanıb. ABŞ-da COVID-19-a 20 427 780 yoluxma, 350 186 ölüm qeydə alınıb, 12 milyondan çox pasiyent sağalıb.

Dünyada koronavirusa yoluxma hallarının sayına görə Hindistan ikinci yerdədir. Cənubi Asiya ölkəsində koronavirusa yoluxanların sayı 10 323 965-ə çatıb, ölənlərin sayı 149 435-ə yüksəlib, 9,9 milyondan çox insan koronavirusdan sağalıb.

Braziliyada yoluxma hallarının sayı üzrə dünyada üçüncü yerdədir. Burada pandemiya ərzində 7 716 405 pasiyent qeydə alınıb, onlardan 195 725-i ölüb, 6,8 milyondan çox insan sağalıb.

Son xəbərlər

Orphus sistemi