DSX əməkdaşlarının vaksinasiyasına başlanılıb - VİDEO - YENİLƏNİB

DSX əməkdaşlarının vaksinasiyasına başlanılıb - VİDEO - YENİLƏNİB Sərhədçilərin peyvəndlənməsi DSX-nin Hərbi Hospitalında həyata keçirilir
Sağlamlıq
18 Fevral , 2021 17:20
DSX əməkdaşlarının vaksinasiyasına başlanılıb - VİDEO - YENİLƏNİB

Bu gün Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının COVID-19 virusuna qarşı vaksinasiyasına başlanılıb.

“Report”un xəbərinə görə, sərhədçilərin peyvəndlənməsi DSX-nin Hərbi Hospitalında davam etdirilir.

DSX Tibb Xidmətinin rəisi, polkovnik Kənan Yusif-zadə jurnalistlərə açıqlamasında bildirib ki, indiyədək DSX-nin 23 nəfər hərbi qulluqçusu və mülki işçisi vaksinasiya olunub:

"Bu gündən etibarən DSX-nin Bakı Qarnizonu, daha sonra isə hərbi hissələr üzrə kütləvi şəkildə vaksinasiya davam edəcək. Bütün məlumatlar toplandıqdan sonra təhlil olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediləcək”.

"Ölkə başçısı və Birinci vitse-prezident tərəfindən verilən göstərişə əsasən, koronavirusa qarşı 5 000 nəfər üçün doza əldə etmişik. Bu, bizim hazırkı mərhələdə olan ehtiyacımızı qarşılayır", - Xidmət rəisi bildirib.

15.02

Bu gün Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının COVID-19 virusuna qarşı vaksinasiyasına başlanılıb.

“Report”un xəbərinə görə, sərhədçilərin peyvəndlənməsi DSX-nin Hərbi Hospitalında həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi