Bu il Azərbaycanda 1000-dən çox gəncdə şəkərli diabet xəstəliyi aşkar olunub

Bu il Azərbaycanda 1000-dən çox gəncdə şəkərli diabet xəstəliyi aşkar olunub Respublika Endokrinoloji Mərkəzin direktor müavini: "Bəzi ailələr övladlarında diabet xəstəliyinin olmasını gizlədir"
Sağlamlıq
17 Noyabr , 2015 12:15
Bu il Azərbaycanda 1000-dən çox gəncdə şəkərli diabet xəstəliyi aşkar olunub

Bakı. 17 noyabr. REPORT.AZ/ "Hazırda Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı 204 min nəfərdir. Bu xəstəliyə meyilli olan insanlarla birlikdə bu rəqəm 246 min təşkil edir". Bunu "Report"a açıqlamasında Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek deyib.

Onun sözlərinə görə, xəstəlikdən əziyyət çəkənlərin 1 100 nəfəri gənclərdir: "Onların 425-i Bakıda yaşayır. Eyni zamanda, xəstəliyə tutulan 62 minə yaxın insan da paytaxt Bakıda qeydiyyatdadır. Digərləri isə regionların payına düşür".

Bütün dünyada olduğu kimi Azərbaycanda da 2-ci tip diabetin artdığını deyən B.Salek əlavə edib ki, bu gün ölkədə xəstəliklə bağlı həkimə müraciət edənlərin sayı çoxalıb: "Hər il şəkərli diabet xəstələrinin sayı 15-20 faiz artır. Buna səbəb həyat tərzi, az hərəkətlilik, pəhrizə düzgün riayət etməmək və nəsildə baş verən genetik dəyişmələrdir. Bir faktı xatırladım ki, şəkərli diabet xəstələrinin əksəriyyəti pəhriz saxlamaqdan imtina edir. Əvvəllər keyfiyyətli insulin və dərmanlar olmadığından insan ömrü az olurdu. Məsələn, 5-10 yaşında xəstələnən uşaq 20 yaşına çata bilmirdi. Bununla da nəsildə şəkərə meyilli insan olmurdu. Lakin indi şəkərli diabetdən əziyyət çəkənlərin sayı artdığından düzgün müalicə vasitəsi ilə insan ömrü də uzanır".

O qeyd edib ki, belə xəstələrdən 30-50 il müddətinə yaşayan da olur: "Həmin insanlar da ailə qurduqlarından gələcək nəslin şəkərə meyilliliyi artmış olur. Azərbaycanda bəzi ailələr övladlarında diabet xəstəliyinin olmasını gizlədir. Bu da gələcəkdə ciddi fəsadlara səbəb olur. Hətta bir çoxları bu xəstəliyin daşıyıcı olmasından xəbərsizdir. Dünya üzrə qeydə alınan statistika əsasən, xəstəliyin aşkar olunduğu bir nəfərin üzərinə gizli şəkildə diabet xəstəsi olan bir nəfər də düşür". 

Son xəbərlər

Orphus sistemi