“Bloomberg”: “COVID-19-a qarşı ümumilikdə 11 milyardadək peyvənd vurulub”

Sağlamlıq
  • 14 mart, 2022
  • 13:04
“Bloomberg”: “COVID-19-a qarşı ümumilikdə 11 milyardadək peyvənd vurulub”

İndiyədək dünyanın 184 ölkəsində COVID-19-a qarşı 10,9 milyarddan çox peyvənd vurulub, lakin pandemiyanın sonuna hələ çox var.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin hesabatında deyilir.

“Son 1 ildən bir qədər artıq müddətdir ki, həyata keçirilən bəşər tarixinin ən genişmiqyaslı peyvənd kampaniyası ərzində 10,9 milyarddan çox peyvənd vurulub, bu isə hər 100 nəfərə 140 peyvənd deməkdir. Orta hesabla gün ərzində 21,3 milyon doza peyvənd vurulur. Bu temp davam etdirilərsə, 9 aydan sonra planet sakinlərinin 75%-dən çoxu azı bir doza peyvənd vurdurmuş olacaq”, - agentliyin hesabatında deyilir. Ekspertlər hesab edirlər ki, həyatın normal məcraya qayıtması üçün planet sakinlərinin 70-85%-i peyvənd olunmalıdır.

“Bloomberg”in məlumatına görə, artıq 85 ölkədə əhalinin 75%-nə azı bir dəfə peyvənd vurulub. Bununla belə, vaksinlərə çıxışın qeyri-bərabər bölünməsi bu prosesi ləngidir. Belə ki, hazırda 3,2 milyard dozalıq göstərici ilə ən çox peyvəndin vurulduğu Çində əhalinin 87,3%-i vaksin olunub. Fransada əhalinin 80,6%-i, Yaponiyada 79,8%-i, Almaniyada 75,7%-i, Böyük Britaniyada 73,3%-i, ABŞ-da isə 64,6%-i peyvənd olunub. Bununla belə, Konqo Demokratik Respublikasında əhalinin 0,5%-i, Çad və Haitidə 0,9%-i, Yəməndə 1,2%-i, Kamerunda isə 3,1%-i peyvəndlənib.

44 filmi