Bakının Nərimanov rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın zamanı xəsarət alan və xəstəxanada müalicə olunan sonuncu iki nəfər də evə buraxılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq
Qeyd edək ki, martın 6-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan, hazırda Ağdam rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın olub.
Yanğın nəticəsində 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu ölüblər. 5 nəfər isə tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdiriliblər. Onlardan 3-ü martın 6-da evə buraxılıblar.