Bakıda xəstəxanada 3 günlük körpə ölüb

Bakıda xəstəxanada 3 günlük körpə ölüb Bakı. 4 mart. REPORT.AZ/ Ötən gecə Bakıdakı xəstəxanada 3 günlük körpə ölüb.
Sağlamlıq
4 Mart , 2019 15:57
Bakıda xəstəxanada 3 günlük körpə ölüb

Bakı. 4 mart. REPORT.AZ/ Ötən gecə Bakıdakı xəstəxanada 3 günlük körpə ölüb.

“Report”un xəbərinə görə, hadisə K.Fərəcova adına Elmi Tədqiqat (ET) Pediatriya İnstitutunda (OMD kimi tanınır) baş verib.

Faktı "Report"a İnstitutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev təsdiqləyib. O qeyd edib ki, Quliyev soyadlı körpə ağır diafraqma yırtığı diaqnozu ilə instituta daxil olub: "Onu əməliyyat etsək də, həyatını xilas etmək mümkün olmadı. Çünki anadangəlmə ağır xəstəliklə doğulmuşdu. Ölkədə ağır vəziyyətdə doğulan körpələr bura gətirilir və onların bəzilərinin həyatını xilas etmək olmur".

Son xəbərlər

Orphus sistemi