Azərbaycanda son sutkada 44 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Sağlamlıq
  • 17 noyabr, 2022
  • 19:10
Azərbaycanda son sutkada 44 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 44 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 627 nəfər müalicə olunaraq sağalıb, hazırda 254 aktiv xəstə var. Bu günə qədər 9 968 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 983, bu günə qədər isə ümumilikdə 7 351 681 test icra olunub.