Azərbaycanda son gündə 2 nəfər koronavirusa yoluxub

Azərbaycanda son gündə 2 nəfər koronavirusa yoluxub Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Sağlamlıq
5 İyul , 2023 16:33
Azərbaycanda son gündə 2 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 1 nəfər sağalıb, 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 954 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 661 nəfər müalicə olunaraq sağalıb, hazırda 9 aktiv xəstə var. Bu günə qədər 10 284 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1610, bu günə qədər isə ümumilikdə 7 644 889 test icra olunub.

Ölkədə son sutka ərzində 124 vaksin vurulub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 967 544 olub.

Son xəbərlər

Orphus sistemi