Azərbaycanda hər il 200-dən artıq uşaq talassemiya xəstəliyi ilə doğulur

Azərbaycanda hər il 200-dən artıq uşaq talassemiya xəstəliyi ilə doğulur Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz, Göyçay rayonlarında həmin xəstəliyə daha çox rast gəlinir
Sağlamlıq
10 Fevral , 2015 20:57
Azərbaycanda hər il 200-dən artıq uşaq talassemiya xəstəliyi ilə doğulur

Bakı. 10 fevral. REPORT.AZ/ "Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il respublikada 200-dən artıq uşaq bu xəstəliklə doğulur". "Report" xəbər verir ki, bu barədə məlumat "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nda yer alıb.

Məlumatda bildirilir ki, Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz, Göyçay rayonlarında həmin xəstəliyə daha çox rast gəlinir. Son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb.

Xatırladaq ki, talassemiya valideynlərdən uşaqlara gen vasitəsilə keçən ağır irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiyalı xəstə var.

Son xəbərlər

Orphus sistemi