Azərbaycanda gün ərzində icra edilən testlərin sayı açıqlanıb

Sağlamlıq
  • 08 aprel, 2020
  • 14:23
Azərbaycanda gün ərzində icra edilən testlərin sayı açıqlanıb

"Gün ərzində icra edilən testlərin sayı 3 000-4 000 arasıda dəyişir".

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müraciətlərin sayına və işləyən cihazların dezinfeksiyasına görə müəyyən fasilələr olur: “Amma biz azalma baş verməməsi üçün əlavə resurslar cəlb etmişik və kadrlar hazırlanıb. Biz laboratoriyalarımızın artmasına görə hədəfi 5 000-ə çatdıracağıq”. 

44 filmi