AQTİ laboratoriyaları yüksək nəticə əldə edib

AQTİ laboratoriyaları yüksək nəticə əldə edib Əllidən çox ölkənin iştirak etdiyi səriştəlilik sınaqlarında AQTİ laboratoriyaları yüksək nəticə əldə edib
Sağlamlıq
29 Mart , 2021 13:01
AQTİ laboratoriyaları yüksək nəticə əldə edib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a verilən məlumata görə, aparılan müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.

Bu tədbirlər çərçivəsində 1-15 mart 2021-ci il tarixlərində Milli Referens və Abşeron Regional Sınaq Laboratoriyaları İngiltərənin LGC Standartları şirkətinin təşkil etdiyi beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarına qatılıb. Əsasən Salmonella, Escherichia coli, Staphylococcus aureus, Listeria monocytogenes, Maya, Kif və bu kimi digər mikrobioloji çirkləndiricilər olmaqla, Milli Referens Laboratoriyası 29 müayinə parametri, Abşeron Regional Sınaq laboratoriyası isə 17 müayinə parametri üzrə səriştəlilik sınaqlarında iştirak edib. Əllidən çox ölkənin iştirak etdiyi səriştəlilik sınaqlarında AQTİ laboratoriyaları yüksək nəticə əldə edib.

Son xəbərlər

Orphus sistemi