Video əlavə olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və digər aidiyyəti qurumların iştirakı ilə quş qripi üzrə simulyasiya tədbiri keçirilib.
Tədbirin keçirilməsində məqsəd ölkə ərazisini xəstəlikdən qorumaqdır.
AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev "Report"a açıqlamasında bildirib ki, simuliyasiya təlimi 2 istiqamətdə: inzibati təşkilati və xəstəliyin aşkar olunması formasında aparılıb.
Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, ötən ilin yanvar ayından etibarən təbiətdə, təsərrüfat quşları arasında quş qripi və digər zoonoz xəstəliklər qeydə alınıb və hazırda dünyanın 48 ölkəsində quş qripi xəstəliyi davam edir.