AQTA əməkdaşları çay və su hövzələrinin sahilində keçirilən təmizlik aksiyalarında iştirak ediblər

AQTA əməkdaşları çay və su hövzələrinin sahilində keçirilən təmizlik aksiyalarında iştirak ediblər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələrinin əməkdaşları 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən təmizlik aksiyalarında iştirak ediblər.
Sağlamlıq
5 İyun , 2023 11:03
AQTA əməkdaşları çay və su hövzələrinin sahilində keçirilən təmizlik aksiyalarında iştirak ediblər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələrinin əməkdaşları 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən təmizlik aksiyalarında iştirak ediblər.

"Report" xəbər verir ki, aksiyalar Kür çayı, Araz çayı, Sumqayıtçay, Qusarçay, Qudyalçay, Pirsaatçay, Gümrükçay, Kiş çayı, Tərtərçay, Gəncəçay çay sahillərində təşkil olunub.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci ildə keçirilən toplantısında iyunun 5-nin hər il Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunması qərara alınıb. Bu il bu gün “Plastik çirklənməyə qalib gəl: Ekosistemin bərpası” devizi altında təşkil edilib.

Son xəbərlər

Orphus sistemi