“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 47 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, qeyd olunan tarixdə 6 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
Həmidov Səmədağa Əli oğlu |
İlkin istehsal |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
2 |
Kanalov Rauf Telman oğlu |
Pərakəndə satış |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
3 |
"ESCOFFİEL" MMC |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
4 |
"SAF ƏT" MMC |
Topdan satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
5 |
Sadıqov İbrahim İlqar oğlu |
İctimai iaşə |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
6 |
Cabbarova Vüsalə Ağasəf qızı |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |