"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə fəaliyyət göstərən 1600-ə yaxın uşaq bağçasından 500-dən çoxunda lazimi audit və monitorinq tədbirləri həyata keçirib".
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTA sədri
Agentlik sədrinin sözlərinə, hazırda uşaq bağçalarında yoxlamalar davam edir:
"Yaxın zamanlarda bütün bağçalarda aparılan monitorinq barədə ictimaiyyətə məlumat verəcəyik".
Qoşqar Təhməzli onu da bildirib ki, hər il olduğu kimi bu il də
O əlavə edib ki, Səhiyyə Nazirliyi uşaq bağçaları və məktəblərdə uşaqlar üçün olan qida rasionunun hazırlanması ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim edib: "Təklif olunan qida rasionunda uşaq bağçalarında və məktəblərdə yeniyetmə yaşına qədər olan uşaqların qidalanmasının necə olması qeyd edilib. Hökumət təklifləri təsdiq etdikdən sonra həmin qidaların nə qədər təhlükəsiz olduğuna baxacağıq".
AQTA sədri eyni zamanda qeyd edib ki, tövsiyə üçün yaşıl, sarı və qırmızı vərəqələr hazırlanıb və ictimaiyyətə açıqlanacaq: "Yaşıl vərəqələrdə uşaqlara hansı qidalara tamamilə icazə verilməli olduğu qeyd edilib. Sarı vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edir. Qırmızı vərəqələrdəki qidalar isə qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar AQTA-nın mövqeyidir".