Şotlandiyanın Aberdin və Misirin Süveyş Kanalı universitetlərinin alimləri araşdırma apararaq müəyyən ediblər ki, əqrəb zəhəri koronavirusun yeni ştammları ilə mübarizədə faydalı ola bilər.
“Report”un xəbərinə görə, bu barədə təhsil müəssisələrindən birinin saytında dərc olunmuş press-relizdə məlumat verilib.
Mütəxəssislərin fikrincə, əqrəb zəhərinin tərkibində bioloji aktiv peptidlərdən ibarət “möcüzəli kokteyl” var ki, onlardan bəziləri virus əleyhinə güclü təsir göstərir. Alimlər güman edir ki, onlar COVID-19-a qarşı yeni dərmanların əsasını təşkil edə bilər.
"Artıq əmin olduq ki, onların tərkibində son dərəcə güclü bioloji aktiv peptidlər var və bizi daha çox yeni kəşfləri gözlədiyini güman edirik", - tədqiqatın müəlliflərindən biri, doktor Vael Hüseyn deyib.