“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 18 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
AQTA-dan "Report"a verilən məlumata görə, həmin tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
İBRAHİM ŞİRDANOV RƏCƏB OĞLU |
İlkin istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
2 |
VAQİF QURBANOV MÜSLÜM OĞLU |
İlkin istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
3 |
ELÇİN ƏLİYEV NOFƏL OĞLU |
İctimai iaşə |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.