“Toy qadağasına alternativ variantlar niyə yoxdur? Qadağalarla heç nəyi həll etmək olmaz. Ailə qurmaq mədəniyyəti dəyişməlidir”.
Bunu “Report”un canlı efirində “Müzakirə vaxtı” verilişinin qonağı, iqtisad elmlər doktoru, professor Zahid Məmmədov deyib.
“Azərbaycanda fəaliyyətsiz qalan şadlıq sarayları bu gün digər məqsəd üçün istifadə olunmalıdır. Toy iqtisadiyyatında olan itki və gəlirlə bağlı ciddi tədqiqat işləri aparılmalıdır. Dünyanın heç bir yerində toy məclisi ailənin xoşbəxtliyinin təminatçısı deyil. Fərdi qaydada toyların keçirilməsi geniş şəkildə yayılmalıdır ki, bundan sonra bizə diktə olunan qaydalarla toy etmək məcburiyyətində qalmayaq”, - deyən professor pandemiya dövrünü bu sahədə köklü dəyişiklik aparılması üçün yaxşı fürsət adlandırıb.
“Report” Z.Məmmədov ilə videomüsahibəni təqdim edir: