Polad Həşimov parkı istifadə üçün tam hazırdır - FOTOREPORTAJ

Polad Həşimov parkı istifadə üçün tam hazırdır - FOTOREPORTAJ Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adına salınan parkda işlər tam yekunlaşıb.
"Report" studiyası
13 İyul , 2021 15:06
Polad Həşimov parkı istifadə üçün tam hazırdır - FOTOREPORTAJ
0 : 00
0 : 00

Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adına salınan parkda işlər tam yekunlaşıb.

Xətai Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Pənah İmanov "Report"a bildirib ki, parkın ərazisi ilə yanaşı, həm də parka birləşən həyətlər də abadlaşdırılıb:

"Görülən işlər çərçivəsində uşaqdan böyüyə hər kəsin rahatlığının təmin olunması nəzərdə tutulub. İdman qurğuları, attraksionlar, yaşlı insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün söhbətkeşlər və oturacaqlar quraşdırılıb".

Parkda həmçinin abidə kompleksi də yaradılıb. Polad Həşimovun və 8 şəhidin xatirə lövhəsi vurulub.

Eyni zamanda parka yaxın olan 8 binanın fasadları təmir olunub, həyətlərdə idman qurğuları, şahmat meydançası, mini stadion yaradılıb.

Foto: Mircavid Eminoğlu

Son xəbərlər

Orphus sistemi