Yuxarı

​Ukraynanın baş prokuroru istefa verib

Viktor Şokin bu vəzifəyə 2015-ci ildə təyin edilib

Bakı. 19 fevral. REPORT.AZ/ Ukraynanın baş prokuroru Viktor Şokin istefa ərizəsi yazıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Ukrayna prezidenti mətbuat xidmətinin katibi Svyatoslav Tseqolko belə bir ərizənin prezident administrasiyasına daxil olduğunu bildirib.

Qeyd edək ki, fevralın 16-da Ukrayna prezidenti Pyotr Poroşenko Viktor Şokindən istefa verməsini istəmişdi. Ölkə başçısı bunu baş prokurorun işindən parlamentdəki bəzi fraksiyaların narazı olması ilə əlaqələndirmişdi.

Ukrayna Konstitusiyasına əsasən, baş prokuror parlamentin razılığı ilə prezdent tərəfindən təyin edilir və vəzifədən azad olunur. Prokurorun səlahiyyət müddəti 5 ildir. Viktor Şokin bu vəzifəyə 2015-ci ildə təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi