Ukraynanın baş prokuroru istefa verib

Ukraynanın baş prokuroru istefa verib Viktor Şokin bu vəzifəyə 2015-ci ildə təyin edilib
Region
19 Fevral , 2016 12:34
Ukraynanın baş prokuroru istefa verib

Bakı. 19 fevral. REPORT.AZ/ Ukraynanın baş prokuroru Viktor Şokin istefa ərizəsi yazıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Ukrayna prezidenti mətbuat xidmətinin katibi Svyatoslav Tseqolko belə bir ərizənin prezident administrasiyasına daxil olduğunu bildirib.

Qeyd edək ki, fevralın 16-da Ukrayna prezidenti Pyotr Poroşenko Viktor Şokindən istefa verməsini istəmişdi. Ölkə başçısı bunu baş prokurorun işindən parlamentdəki bəzi fraksiyaların narazı olması ilə əlaqələndirmişdi.

Ukrayna Konstitusiyasına əsasən, baş prokuror parlamentin razılığı ilə prezident tərəfindən təyin edilir və vəzifədən azad olunur. Prokurorun səlahiyyət müddəti 5 ildir. Viktor Şokin bu vəzifəyə 2015-ci ildə təyin edilib.

Son xəbərlər

Orphus sistemi