Yuxarı

​Türkiyə və Avropa İttifaqı miqrant məsələlərinə dair razılıq əldə edib

Brüsseldə keçirilən sammitdə Türkiyəyə 3 mlrd. avronun ayrılması razılaşdırılıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Əgər Türkiyə bütün lazımi şərtləri yerinə yetirərsə, o zaman artıq 2016-cı ilin payızında Avropa İttifaqı (Aİ) ilə vizasız rejim əldə etmiş olacaq.

"Report" xəbər verir ki, bunu Brüsseldə keçirilən Aİ-Türkiyə sammitinin yekununda Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bildirib.

Onun sözlərinə görə, sammitdə Avropa tərəfindən Türkiyəyə 3 milyard avronun ayrılması barədə razılıq əldə olunub. Bu vəsaitin 500 mln. avrosunu Avropa Komissiyası, 2,5 mlrd. avrosunu isə quruma üzv dövlətlər öz büdcələrindən ayıracaqlar.

Bundan əlavə, Aİ və Avropa Komissiyası ölkələri Türkiyədə məskunlaşan Suriya qaçqınlarının Aİ ölkələrinə qanuni yerləşdirilməsi üzrə yeni sistem hazırlamaq niyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi