​Türkiyə və Avropa İttifaqı miqrant məsələlərinə dair razılıq əldə edib

​Türkiyə və Avropa İttifaqı miqrant məsələlərinə dair razılıq əldə edib Brüsseldə keçirilən sammitdə Türkiyəyə 3 mlrd. avronun ayrılması razılaşdırılıb
Region
30 Noyabr , 2015 04:30
​Türkiyə və Avropa İttifaqı miqrant məsələlərinə dair razılıq əldə edib

Bakı. 30 noyabr. REPORT.AZ/ Əgər Türkiyə bütün lazımi şərtləri yerinə yetirərsə, o zaman artıq 2016-cı ilin payızında Avropa İttifaqı (Aİ) ilə vizasız rejim əldə etmiş olacaq.

"Report" xəbər verir ki, bunu Brüsseldə keçirilən Aİ-Türkiyə sammitinin yekununda Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bildirib.

Onun sözlərinə görə, sammitdə Avropa tərəfindən Türkiyəyə 3 milyard avronun ayrılması barədə razılıq əldə olunub. Bu vəsaitin 500 mln. avrosunu Avropa Komissiyası, 2,5 mlrd. avrosunu isə quruma üzv dövlətlər öz büdcələrindən ayıracaqlar.

Bundan əlavə, Aİ və Avropa Komissiyası ölkələri Türkiyədə məskunlaşan Suriya qaçqınlarının Aİ ölkələrinə qanuni yerləşdirilməsi üzrə yeni sistem hazırlamaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi