Yuxarı

Ərdoğan: “Türkiyəyə uzanan hər bir əli qırarıq”

Türkiyə lideri: "İstiqlalımız namusumuz, şərəfimizdir"

110410

© Haber7

Bakı. 8 fevral. REPORT.AZ/ “Vətənimizə uzanan hər bir əli qırarıq”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində keçirdiyi mitinqdə bildirib.

“Sivas əsarətə meydan oxuyan bir qərargahdır. Milli sərhədlər içində vətən bütövdür. İstiqlalımız namusumuz, şərəfimizdir. Yüz ildən sonra yenə eyni yerdən təkrar edirik: Vətənimiz, bayrağımız, istiqlalımız, namusumuz şərəfimizdir. Vətənimizə uzanan hər bir əli qırarıq. Cudidə, Afrində, Gabarda qırdıq. Yenə qırarıq. Böyük Türkiyə hədəfinə qarşı qurulan hər tələni dağıtdıq, yenə dağıdarıq. Bizə hücum etmək istəyənlərə lazım olan dərsi verdik, yenə belə edərik. İçəridən, ya da xaricdən Türkiyəyə qarşı əməliyyat aparmaq istəyənlərə lazım olan dərsi verərik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi