Türkiyə Ordusu Resulayn şəhərini terrorçulardan təmizləyib - YENİLƏNİB

Türkiyə Ordusu Resulayn şəhərini terrorçulardan təmizləyib - YENİLƏNİB Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə Suriyanın Resulayn şəhərini terrorçu PKK/YPG-PYD qruplaşmasından tam azad edib.
Region
12 Oktyabr , 2019 15:07
Türkiyə Ordusu Resulayn şəhərini terrorçulardan təmizləyib - YENİLƏNİB

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə Suriyanın Resulayn şəhərini terrorçu PKK/YPG-PYD qruplaşmasından tam azad edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.


*** 13:30

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə terrorçu PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Suriyanın Resulayn şəhərinin mərkəzinə daxil olub.

“Report” “thmhaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.

Son xəbərlər

Orphus sistemi