Yuxarı
    Bağlamaq

    Türkiyə: etirazçılar ABŞ dənizçilərinə hücum edir

    İstanbulda 3 ABŞ dənizçisinə hücum edən türk millətçilərindən ibarət etirazçı qrupu “Yankees go home” süarlarını səsləndirib

    Bakı. 14 noyabr. REPORT.AZ/ İstanbulda 3 ABŞ dənizçisinə hücum edən türk millətçilərindən ibarət etirazçı qrupu “Yankees go home” süarlarını səsləndirib.

    Hücumçular həmçinin dənizçiləri təqib edərək amerikalılara qırmızı boya atıblar. Baş verənləri əks etdirən video aşırı millətçilərin internet səhifəsində yerləşdirilib.

    Dənizçilər İstanbul limanındakı USS Ross gəmisinə alamat qayıdabiliblər. ABŞ rəsmiləri hücumu pisləməklə yanaşı onun bir dəfə baş verən bir hadisə olduğunu deyiblər.

    Türkiyə polisi çərşənbə günü baş verən hadisə ilə bağlı millətçi “Türkiyə Gənclik Birliyi” təşkilatına mənsub olduğu deyilən 12 nəfəri həbs edib. Lakin onlar bir qədər sonra sərbəst buraxılıb, yerli media xəbər verir.

    Millətçi qrup üzvlərinə təhqir və ictimai etiraz qaydalarının pozulması ilə bağlı ittihamların təqdim oluna biləcəyi deyilib, BBC xəbər verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi