Türkiyə: etirazçılar ABŞ dənizçilərinə hücum edir

Türkiyə: etirazçılar ABŞ dənizçilərinə hücum edir İstanbulda 3 ABŞ dənizçisinə hücum edən türk millətçilərindən ibarət etirazçı qrupu “Yankees go home” süarlarını səsləndirib
Region
14 Noyabr , 2014 04:25
Türkiyə: etirazçılar ABŞ dənizçilərinə hücum edir

Bakı. 14 noyabr. REPORT.AZ/ İstanbulda 3 ABŞ dənizçisinə hücum edən türk millətçilərindən ibarət etirazçı qrupu “Yankees go home” süarlarını səsləndirib.

Hücumçular həmçinin dənizçiləri təqib edərək amerikalılara qırmızı boya atıblar. Baş verənləri əks etdirən video aşırı millətçilərin internet səhifəsində yerləşdirilib.

Dənizçilər İstanbul limanındakı USS Ross gəmisinə alamat qayıdabiliblər. ABŞ rəsmiləri hücumu pisləməklə yanaşı onun bir dəfə baş verən bir hadisə olduğunu deyiblər.

Türkiyə polisi çərşənbə günü baş verən hadisə ilə bağlı millətçi “Türkiyə Gənclik Birliyi” təşkilatına mənsub olduğu deyilən 12 nəfəri həbs edib. Lakin onlar bir qədər sonra sərbəst buraxılıb, yerli media xəbər verir.

Millətçi qrup üzvlərinə təhqir və ictimai etiraz qaydalarının pozulması ilə bağlı ittihamların təqdim oluna biləcəyi deyilib, BBC xəbər verir.

Son xəbərlər

Orphus sistemi