Yuxarı

Rusiyanın bu vilayətində bütün koronavirus xəstələri bir kənddə yaşayır - FOTO

​Rusiyanın yəhudi vilayətində bütün koronavirus xəstələri bir kənddə y

1617

Rusiyanın Yəhudi Muxtar Vilayətində COVID-19 infeksiyasının aşkarlandığı altı nəfərin hamısının Amurzet kəndində yaşadığı aşkarlanıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə region hökuməti bildirib.

Qeyd edilir ki, çərşənbə günü regionda xəstələrin sayı üç nəfərdən altı nəfərə qədər artıb. Onlar arasında virusa yoluxmuş şəxslə təmasda olmuş gənc ailə də var. Vilayətdə özünü təcridetmə rejimi tətbiq edilib.

"Virusa yoluxması təsdiq edilmiş 6 nəfərin hamısı Yəhudi Muxtar Vilayətinin Amurzet kəndindəndir. İndi bütün pasiyentlər koronavirus infeksiyası üzrə yoluxucu xəstəxanadadır. Vəziyyət nəzarət altındadır. İnfeksiyanın yayılması iki ailədə erkən mərhələdə lokallaşdırılıb", - xəbərdə deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi