Vladimir Putin prezidentlik müddətinin götürülməsinə qarşı çıxdı - YENİLƏNİB

Vladimir Putin prezidentlik müddətinin götürülməsinə qarşı çıxdı - YENİLƏNİB Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasındakı fraksiyaların liderləri ilə görüşdə prezidentlik müddətinə qoyulmuş məhdudiyyətin qaldırılmasına qarşı çıxış edib.
Region
10 Mart , 2020 16:58
Vladimir Putin prezidentlik müddətinin götürülməsinə qarşı çıxdı - YENİLƏNİB
Vladimir Putin
0 : 00
0 : 00

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasındakı fraksiyaların liderləri ilə görüşdə prezidentlik müddətinə qoyulmuş məhdudiyyətin qaldırılmasına qarşı çıxış edib. 

“Report” xəbər verir ki, məlumatı "RİA Novosti” yayıb. 

“Uzunmüddətli perspektivdə vətəndaşlar hakimiyyətin əvəzlənməsinə təminat əldə etməlidirlər”, - Vladimir Putin vurğulayıb.


*** 16:19

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkə prezidenti Vladimir Putinlə prezidentlik müddətinin sıfırlandırılması ilə parlamentdə irəli sürülən təklifi müzakirə edib.

“Report” “Telegram”a istinadən xəbər verir ki, bunu Duma sədrinin müşaviri Anastasiya Kaşevarova bildirib.

Onun sözlərinə görə, V.Putinlə təklifi müzakirə etdikdən sonra V.Volodin Dumadakı fraksiya liderləri ilə məsələyə dair müşavirə keçirəcək.

Qeyd edək ki, “Yedinaya Rossiya” fraksiyasından olan deputat Valentina Tereşkova Konstitusiyaya prezidentlik müddətinin sıfırlanması (müddət məhdudiyyətinin götürülməsi) ilə bağlı dəyişikliyi təklif edib.

Xatırladaq ki, V.Putinin Dövlət Dumasına gələcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi