Rusiyada koronavirusdan ölənlərin sayı artdı

Rusiyada koronavirusdan ölənlərin sayı artdı Rusiyada son sutkada 7 nəfər koronavirusun qurbanı olub.
Region
1 Aprel , 2020 12:11
Rusiyada koronavirusdan ölənlərin sayı artdı

Rusiyada son sutkada 7 nəfər koronavirusun qurbanı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, ölümlərin 6-sı Moskva, 1-i isə Pskov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 24-ə çatıb. 

Bunda başqa, ölkədə virus daşıyıcılarının rəsmi sayında da artım müşahidə edilib.

Rusiyanın 35 bölgəsində ümumilikdə 440 yeni yoluxma faktı qeydə alınıb. Bunların əksəriyyəti Moskvada aşkarlanıb – 267 nəfər. Bununla da federasiya ərazisində infeksiya daşıyıcılarının sayı 2 777-yə yüksəlib. 

Son sutkada ölkə ərazisində xəstəxanadan buraxılanların sayı isə 69 nəfərdir. Beləliklə, Rusiyada koronavirusdan sağalanların rəsmi sayı 190 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 860 700-ü ötüb. Bunların 178 537 nəfəri sağalıb, 42 352 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi