Rusiyada koronavirusa yoluxanların sayı 36,7 mini keçdi

Rusiyada koronavirusa yoluxanların sayı 36,7 mini keçdi Rusiyada son bir gündə 4 785 nəfərə koronavirus diaqnozu qoyulub,
Region
18 Aprel , 2020 11:44
Rusiyada koronavirusa yoluxanların sayı 36,7 mini keçdi

Rusiyada son bir gündə 4 785 nəfərə koronavirus diaqnozu qoyulub,

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 36 793 nəfərə, ölənlərin sayı 313-ə, sağalanların sayı isə 3 057 nəfərə çatıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 2 649.

Ümumiyyətlə, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 252 000-i ötüb. Bunların 574 818 nəfəri sağalıb, 154 331 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi