Putin: "Rusiyanın Amerikadakı seçkilərə müdaxilə etməsinə gərək yoxdur"

Putin: "Rusiyanın Amerikadakı seçkilərə müdaxilə etməsinə gərək yoxdur" Rusiya prezidenti bunu NBC telekanalına müsahibəsində deyib
Region
10 mart 2018 03:47
Putin: Rusiyanın Amerikadakı seçkilərə müdaxilə etməsinə gərək yoxdur

Bakı. 10 mart. REPORT.AZ/ Rusiyanın Amerikadakı seçkilərə müdaxiləyə ehtiyacı yoxdur.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində deyib.

"Mən müdaxilə ilə hansı məqsədlərə nail ola biləcəyimizi görmürəm. Məqsəd yoxdur. Gəlin hədəfin nə olacağını təsəvvür etməyə çalışaq. Nə üçün? Müdaxilənin özü üçün?" — deyə Rusiya prezidenti bildirib.

Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək

Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 25-27-də Moskvada İstanbul danışıqlarından sonra yaranmış vəziyyətin inkişafını müzakirə edəcəklər.
Region
25 may 2025 14:04
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 25-27-də Moskvada İstanbul danışıqlarından sonra yaranmış vəziyyətin inkişafını müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Qarşıdan gələn görüş zamanı nazirlər Cənubi Qafqaz, Liviya, Suriya və Qara dəniz regionunda mövcud işlərin vəziyyətini müzakirə edəcəklər. İstanbulda Rusiya-Ukrayna danışıqlarından sonra vəziyyətin inkişafı ilə bağlı hərtərəfli fikir mübadiləsi aparacaqlar. Qara dənizdə təhlükəsiz gəmiçilik mövzusuna toxunulacaq", - nazirlikdən bildiriblər.

İclasda nazirlər, həmçinin bank xidmətlərinin yaxşılaşdırılması üçün əlverişli mühitin yaradılması və ölkələr arasında ticarətin şaxələndirilməsi məsələlərini müzakirə edəcəklər.

Ukraynanın 30 şəhər və kəndinə hava hücumu olub, yaralılar arasında azərbaycanlı da var - YENİLƏNİB

Ukraynanın 30 şəhər və kəndinə hava hücumu olub, yaralılar arasında azərbaycanlı da var - YENİLƏNİB Rusiya PUA və çoxsaylı raketlərdən istifadə edərək Ukraynaya hava hücumu həyata keçirib.
Region
25 may 2025 12:40
Ukraynanın 30 şəhər və kəndinə hava hücumu olub, yaralılar arasında azərbaycanlı da var - YENİLƏNİB

Rusiya PUA və çoxsaylı raketlərdən istifadə edərək Ukraynaya qarşı həyata keçiridiyi hava hücumu nəticəsində azərbaycanlı fəal, müharibə müddətində humanitar aksiyalarda fəal olan Şamxal Quliyev də xəsarət alıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, o, Şevçenko rayonunda yerləşən evinin yaxınlığında dron düşməsi nəticəsində yaralanıb.

Bildirilir ki, yaralıların böyük əksəriyyəti Kiyevin mərkəzi Qolosevskiy və Şevçenko rayonu ərazisindədir.

Son məlumata görə, hücumlar nəticəsində 10-dan çox şəxs ölüb, 30-dan çox yerli sakin yaralanıb.

Qeyd edək ki, Ş.Quliyev əslən Azərbaycanın Zaqatala rayonundandır, 20 ilə yaxındır ki, Ukraynada yaşayır.

12:17

Rusiya PUA və çoxsaylı raketlərdən istifadə edərək Ukraynaya hava hücumu həyata keçirib.

Bu barədə “Report” Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.

Məlum olub ki, Rusiya hücumda 9 ədəd “İskəndər-M-KN-23” ballistik raketi, 55 ədəd Kh-101 və Kalibr qanadlı raketi, Qara dəniz üzərində Tu-22M3-dən 1 ədəd X-22 raketi, Şimal istiqamətindən taktiki təyyarələrdən 4 ədəd Kh-59/69 idarə olunan raketdən istifadə edib.

Qeyd olunub ki, raket və PUA-ların bir çoxu zərərsizləşdirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynanın paytaxt Kiyev də daxil olmaqla, 30 şəhər və kəndinə ziyan dəyib.

Son məlumata görə, hücumlar nəticəsində 10-dan çox şəxs ölüb, 30-dan çox yerli sakin yaralanıb.

Rusiya MN: Regionlarda Ukraynanın 100-ə qədər PUA-sı zərərsizləşdirilib

Rusiya MN: Regionlarda Ukraynanın 100-ə qədər PUA-sı zərərsizləşdirilib Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri siya ölkənin bölgələri üzərində Ukraynanın 95 PUA-sını vurub və məhv edib.
Region
25 may 2025 04:23
Rusiya MN: Regionlarda Ukraynanın 100-ə qədər PUA-sı zərərsizləşdirilib

Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri ölkənin bölgələri üzərində Ukraynanın 95 PUA-sını vurub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mayın 24-də Moskva vaxtı ilə saat 20:00-dan mayın 25-i Moskva vaxtı ilə saat 00:00-a qədər (müvafiq olaraq, Bakı vaxtı ilə saat 21:00-dan saat 01:00-dək – red.) növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 95 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib”, - nazirlikdən bildirilib.

30 pilotsuz təyyarə Bryansk vilayəti, 20-si Belqorod vilayəti, 17-si Kursk vilayəti, 16-sı Oryol vilayəti ərazisi üzərində vurulub.

Daha beş PUA Kaluqa vilayətində, dördü Tula vilayətində, ikisi Moskva vilayətində, biri isə Rusiyanın işğalı altında olan Krım üzərində vurulub.

Əminə Ərdoğan “X”də Qarabağ atlarının kompozisiyası ilə bağlı paylaşım edib

Əminə Ərdoğan “X”də Qarabağ atlarının kompozisiyası ilə bağlı paylaşım edib Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan “X”dəki hesabında İstanbul şəhərində keçirilən VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında Qarabağ atlarının kompozisiyası ilə bağlı paylaşım edib.
Region
25 may 2025 01:51
Əminə Ərdoğan “X”də Qarabağ atlarının kompozisiyası ilə bağlı paylaşım edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan “X”dəki hesabında İstanbul şəhərində keçirilən VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında Qarabağ atlarının kompozisiyası ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, Ə.Ərdoğan paylaşımda 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyaya heyranlığını büruzə verib.

“VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında könülləri fəth edən Qarabağ atlarının bənzərsiz nümayişi. Bu gün bir xalqın mədəniyyəti digər xalqın qəlbində əks-səda tapıb. İki dövlət, bir millət; mədəniyyətdə, qəlbdə və gələcəkdə daim bir”, - Ə.Ərdoğan vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rəcəb Tayyib Ərdoğan da “X”dəki səhifəsində Azərbaycanın 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə kompozisiyaya dair fotolar paylaşıb.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində start götürən VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalı davam edir. Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyada qədim türk törəsi, Azərbaycan milli musiqi və rəqs ənənələri, eləcə də Qarabağ atlarının estetik və məharətli çıxışları səhnədə canlandırılıb. Türk dünyasının ortaq mirası olan atçılıq mədəniyyəti, suvarilik sənəti və milli ruhu əks etdirən proqram Türkiyə Respublikasının Prezidenti Ərdoğan və xanımı tərəfindən böyük marağa səbəb olub, ayaq üstə alqışlanıb. Nümayəndə heyəti Türkiyə rəhbərliyinin "Zəfər" şou-kompozisiyasını böyük maraqla izləməsini, göstərilən yüksək diqqəti məmnunluq və qürur hissi ilə qarşılayıb.

Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib

Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib Ermənistanda onlarla vəzifəli şəxslə bağlı cinayət işləri məhkəməyə göndərilib.
Region
24 may 2025 21:30
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib

Ermənistanda onlarla vəzifəli şəxslə bağlı cinayət işləri məhkəməyə göndərilib.

“Report” xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı Mübarizə Komitəsindən “Pastinfo”nun sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilir ki, paytaxt İrəvan meriyasının və inzibati rayonların 9 hazırkı məmurunun adı korrupsiya cinayətlərində hallandırılır və təqsirləndirilən şəxs statusuna malikdir.

Məlumata görə, 2025-ci ildə il ərzində başa çatdırılmamış cinayət işləri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş bələdiyyə, icma və inzibati ərazi dairəsi üzrə məsul şəxslərin sayı 7 nəfərdir ki, onlardan 3-ü inzibati ərazi dairəsi, 4-ü isə icra hakimiyyətinin məsul işçisidir. Bu rəqəmlərə mayın 20-də həbs edilmiş İrəvan meriyasının vəzifəli şəxslərin adları daxil deyil, ona görə də hazırda müttəhimlərin statusunda doqquz məmur var. Məhkəməyə təqdim edilmiş işlərə gəlincə, ittiham aktı ilə göndərilmiş cinayət işləri üzrə təqsirləndirilən şəxslərin sayı 25 nəfərdir ki, onlardan 5-i bələdiyyə, 10-u rayon, 10-u isə icma rəhbərliyinin məsul işçisidir.

Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib

Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib Ermənistanda Dövlət Gəlirləri Xidmətinin əməkdaşı həbsxana binasından 590 min dollar oğurlamaqda şübhəli bilinərək həbs edilib.
Region
24 may 2025 20:37
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib

Ermənistanda Dövlət Gəlirləri Xidmətinin əməkdaşı həbsxana binasından 590 min dollar oğurlamaqda şübhəli bilinərək həbs edilib.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, binadan 590 min ABŞ dolları oğurlamaqda şübhəli bilinən 3 nəfər tutulub. Onlardan biri xidmətin əməkdaşıdır.

Oğrunu öz avtomobili ilə İrəvanın Saryan küçəsindən, Baş Poçt İdarəsinin binası yaxınlığında aparan xidmətin əməkdaşı olub.

Bundan əvvəl Korrupsiyaya qarşı Mübarizə Komitəsi uzun müddət hazırlanmış və planlaşdırılmış mənimsəmə faktı üzrə cinayət işinin üstünün açıldığını, qrup üzvlərinin kimliyinin, onların rollarının, habelə oğurluq mexanizminin və pulların saxlandığı yerlərin müəyyən edildiyini bildirmişdi. Aparılan axtarışlar və digər prosessual hərəkətlər nəticəsində oğurlanmış 590 min ABŞ dollarının böyük hissəsi – 578,8 min dolları aşkar edilərək götürülüb.

Həbs olunan şəxslər cinayətlərini etiraf ediblər.

Son xəbərlər

Orphus sistemi