MDB-də ağır cinayətlərə görə məhkum olanların vahid məlumat bazası yaradılacaq

MDB-də ağır cinayətlərə görə məhkum olanların vahid məlumat bazası yaradılacaq Belə baza yaxın yarım il ərzində yaradıla bilər
Region
12 May , 2017 10:06
MDB-də ağır cinayətlərə görə məhkum olanların vahid məlumat bazası yaradılacaq

Bakı. 12 may. REPORT.AZ/ MDB-də ağır cinayətlərə görə məhkum olanların vahid məlumat bazası yaradılacaq.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu qərarı MDB ölkələrinin penitensiar xidmət rəhbərləri Minskdə keçirilən görüşdə terrorçuların və ekstremistlərin izlənməsi məqsədi ilə qəbul ediblər.

Rusiya Federal Penitensiar Xidmətinin rəhbəri Valeri Maksimenko görüşdən sonra "Rossiyskaya qazeta"ya bildirib ki, belə baza yaxın yarım il ərzində yaradıla bilər.

"Belə insanların (terrorizm və ekstremizmə görə məhkum olanların - red.) azad olduqdan sonra qeydiyyat və nəzarət olmadan rahat şəkildə ölkələrimizin sərhədlərini keçməsinə və cinayətkar fəaliyyətini davam etdirməsinə imkan vermək olmaz", - deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi