Aleksandr Lukaşenko bu gün Türkiyəyə rəsmi səfər edəcək
Region
- 16 aprel, 2019
- 07:48
Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Türkiyəyə rəsmi səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.
Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belaruslu həmkarı ilə təkbətək görüş keçirəcək. Bundan sonra Türkiyə və Belarusun nümayəndə heyətləri arasında görüşün olması nəzərdə tutulub. Bunun ardınca tərəflər arasında müqavilələr imzalanacaq.
Prezidentlər görüşün yekunlarına dair birgə mətbuat konfransı keçirəcəklər. Birgünlük səfər Belarus Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə verilən ziyafətlə yekunlaşacaq.
Son xəbərlər
07:39
"Azadlıq Donanması" Qəzza zolağına doğru istiqamətlənib
Digər ölkələr07:20
ABŞ ordusu Hörmüz boğazını bloklamağa hazırlaşır
Digər ölkələr07:01
Kuba Prezidenti: ABŞ ilə dialoq mümkün, lakin çətindir
Digər ölkələr06:42
Donald Tramp Roma Papası XIV Leonu tənqid edib
Digər ölkələr06:25
"Vaianu" siklonundan sonra Yeni Zelandiyanın Şimal adasında bərpa işləri aparılır
Digər ölkələr06:06
Sançes Trampı qıcıqlandırmaq riski altında Çinə dördüncü dəfə səfər edib
Digər ölkələr05:45
KİV: Hörmüz boğazının bağlanması yeni inflyasiya dalğası yaradır
İqtisadiyyat05:20
Video
Donald Tramp UFC döyüşçüsü ilə rinqdən video bölüşüb
Fərdi04:55