Yuxarı

​KİV: İran 2015-ci ildə bütün yataqlarda neft hasilatını artırmağı planlaşdırır

Fitch mütəxəssislərinin rəyinə görə, İranda neft hasilatının bərpası artıq gələn ildən başlayacaq

Bakı. 15 iyul. REPORT.AZ/ İran Milli Neft Şirkəti bəyan edib ki, bu il bütün yataqlarda neft hasilatını artıracaq. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın "Şərq" qəzeti yazır.

"Fitch" beynəlxalq reytinq agentliyinin mütəxəssislərinin rəyinə görə, İranda neft hasilatının bərpası artıq gələn ildən etibarən başlayacaq. Lakin ölkədə sanksiyaların tətbiqindən əvvəl qeydə alınmış maksimum istehsal səviyyəsinə çatmaq üçün İrana hələ bir neçə il vaxt lazım olacaq.

Hazırda İranın gündəlik neft ixracının həcmi 1,1 milyon barel təşkil edir. Müqayisə üçün bildirək ki, 2012-ci ildə bu göstərici sutkada 2,5 milyon barel idi.

Bir sıra ekspertlərin fikrincə, İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonra bu ölkə neft hasilatını artıraraq onun ixracını çoxalda və neftin qiymətlərinə təsir göstərə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi