​KİV: İran 2015-ci ildə bütün yataqlarda neft hasilatını artırmağı planlaşdırır

​KİV: İran 2015-ci ildə bütün yataqlarda neft hasilatını artırmağı planlaşdırır "Fitch" mütəxəssislərinin rəyinə görə, İranda neft hasilatının bərpası artıq gələn ildən başlayacaq
Region
15 İyul , 2015 15:59
​KİV: İran 2015-ci ildə bütün yataqlarda neft hasilatını artırmağı planlaşdırır

Bakı. 15 iyul. REPORT.AZ/ İran Milli Neft Şirkəti bəyan edib ki, bu il bütün yataqlarda neft hasilatını artıracaq. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın "Şərq" qəzeti yazır.

"Fitch" beynəlxalq reytinq agentliyinin mütəxəssislərinin rəyinə görə, İranda neft hasilatının bərpası artıq gələn ildən etibarən başlayacaq. Lakin ölkədə sanksiyaların tətbiqindən əvvəl qeydə alınmış maksimum istehsal səviyyəsinə çatmaq üçün İrana hələ bir neçə il vaxt lazım olacaq.

Hazırda İranın gündəlik neft ixracının həcmi 1,1 milyon barel təşkil edir. Müqayisə üçün bildirək ki, 2012-ci ildə bu göstərici sutkada 2,5 milyon barel idi.

Bir sıra ekspertlərin fikrincə, İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonra bu ölkə neft hasilatını artıraraq onun ixracını çoxalda və neftin qiymətlərinə təsir göstərə bilər.

Son xəbərlər

Orphus sistemi