Ermənistanda 2016-cı il aprelin 26-da, yəni “aprel müharibəsi” kimi tanınan döyüş əməliyyatlarından az müddət sonra prezident Serj Sarqsyanın sərəncamı ilə vəzifəsindən azad edilmiş
“Report” bu barədə “Jamanak” nəşrinə istinadən xəbər verir ki, K.Muradyan aprel müharibəsindən sonra vəzifədən çıxarılmış, indiki hökumətin isə geri çağırdığı iki generaldan biridir.
“Onlardan birincisi Ermənistan Baş Qərargahı Kəşfiyyat İdarəsinin keçmiş rəisi general-mayor Arşak Karapetyan bu gün Nikol Paşinyanın müşaviri vəzifəsindədir. İndi də Komitas Muradyan. 2016-cı ilin aprel ayında biabırçılıqla qovulmuşlardan yalnız keçmiş müdafiə nazirinin müavini, Maddi Texniki Departamentin rəisi Alik Mirzəbekyan qalıb ki, onun da geri qaytarılması mümkün sayılır. Aprel hadisələri ilə bağlı istintaq komissiyasının yaradıldığı nəzərə alınsa, bu təyinatlar çox maraqlı görünür” – yazıda qeyd olunur.