Yuxarı

İtkin düşən jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdiyi anın görüntüləri yayılıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşən “Vaşinqton Post” qəzetinin səudiyyə ərəbistanlı müxbiri Camal Qaşıqçının diplomatik nümayəndəliyə giriş anının görüntüləri yayılıb.

“Report” xəbər verir ki, foto görüntüləri “Haberler” əldə edib. 

Təhlükəsizlik xidməti əməkdaşlarının sözlərinə görə, nikah məsələləri ilə bağlı oktyabrın 2-də Baş Konsulluqda C.Qaşıqçı ilə əvvəlcədən görüş təyin edilib. Jurnalistin bu görüşə getdiyi və diplomatik missiyanın binasından çıxmadığı təsbit edilib.

O, binaya daxil olduqdan sonra nişanlısı ondan xəbər tuta bilməyib. Polis C.Qaşıqçının nişanlısının bu məsələdən necə xəbər tutmasını da araşdırır.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Vaşinqton Post” qəzetinin müxbiri C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. Bundan sonra jurnalist barədə heç bir məlumat əldə etmək mümkün olmayıb. Səudiyyə Ərəbistanının Ankaradakı səfiri Valid bin-Əbdülkərim əl-Khereiji oktyabrın 5-də və 8-də Türkiyə XİN-ə çağırılıb və ondan C.Qaşıqçının konsulluğa daxil olduqdan sonra itkin düşməsi məsələsinə aydınlıq gətirməsi tələb olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi