İranda koronavirusdan ölənlərin sayı 26-ya çatdı - YENİLƏNİB

İranda koronavirusdan ölənlərin sayı 26-ya çatdı - YENİLƏNİB İranın Səhiyyə Nazirliyi koronavirusla bağlı məlumat yayıb.
Region
27 Fevral , 2020 14:33
İranda koronavirusdan ölənlərin sayı 26-ya çatdı - YENİLƏNİB
google.az
0 : 00
0 : 00

İranın Səhiyyə Nazirliyi koronavirusla bağlı məlumat yayıb. 

"Report"un IRNA-ya istinadən məlumatına görə, İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur ölkədə koronavirusdan ölənlərin sayının 26 nəfərə çatdığını bildirib. 

Onun sözlərinə görə, bu günədək 245 nəfərə koronavirus diaqnozu qoyulub. 


*** 12:44

İranda koronavirusa yoluxanların və virusdan ölənlərin sayı günbəgün artır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, COVID-19 koronavirusunun qurbanlarının sayı 22-yə, təsdiqlənmiş yoluxma halların sayı isə 141-ə çatıb.

İran mediasının yazdığına görə, İranın 31 əyalətindən 20-də koronavirusa yoluxma qeydə alınıb. Ən çox yoluxma halı Qumdadır – 63 nəfər.

Qeyd edək ki, daha əvvəl İran hökuməti yoluxmaqda şübhəli bilinənlər və ya infeksiyaya yoluxanların hərəkətinə məhdudiyyət qoyulacağını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi