İran Ekspertlər Şurasının üzvü koronavirusdan öldü

İran Ekspertlər Şurasının üzvü koronavirusdan öldü İran Ekspertlər Şurasının üzvü ayətullah Seyid Həşim Bəthayi koronavirus infeksiyasından ölüb.
Region
16 Mart , 2020 12:06
İran Ekspertlər Şurasının üzvü koronavirusdan öldü
0 : 00
0 : 00

İran Ekspertlər Şurasının üzvü ayətullah Seyid Həşim Bəthayi koronavirus infeksiyasından ölüb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, o, 2 gün öncə İranın Qum şəhərində xəstəxanaya yerləşdirilmişdi.

İran Ekspertlər Şurası ölkənin ali rəhbərini seçən xüsusi dövlət orqanıdır.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 724 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 1 209 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 13 938 nəfərə çatıb.

Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.

Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian və səhiyyə nazirinin müavini İrəç Hərirçi tam müalicə olunaraq evə buraxılıb.

Hökumət koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq, 17 əyalətə girişi qadağan edib.

Bundan əlavə, İranın ali rəhbərinin ənənəvi Novruz bayramı çıxışı epidemiyaya görə təxirə salınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 148 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 170 265-ə çatıb. Bunların 77 260 nəfəri sağalıb, 6 515 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi