Gürcüstanda NATO-nun hərbi təlimləri başlayıb

Gürcüstanda NATO-nun hərbi təlimləri başlayıb Təlimlərə Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Ukrayna, Türkiyə, Çexiya və Estoniya hərbçiləri qatılıb
Region
1 Sentyabr , 2018 15:01
Gürcüstanda NATO-nun hərbi təlimləri başlayıb

Tbilisi. 1 sentyabr. REPORT.AZ/ Gürcüstanda Senaki hərbi bazasında NATO-nun çoxmillətli “Agile Spirit 2018” (Çevik ruh) hərbi təlimlərinə start verilib.

“Report”un yerli bürosunun məlumatına görə, rəsmi açılış mərasimində Gürcüstanın müdafiə naziri Levan İzoriya, ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edən Elizabet Rud və digər rəsmi şəxslər iştirak ediblər.

Təlimlərə Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Ukrayna, Türkiyə, Çexiya və Estoniya hərbçiləri qatılıb.

Sentyabrın 11-dək davam edəcək təlimlərin keçirilməsində məqsəd NATO çevik reaksiya qüvvələrinin tərkibində birgə əməliyyatlara və böhran vəziyyətlərə hazırlığın artırılmasıdır. 

Qeyd edək ki, “Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.

Son xəbərlər

Orphus sistemi