Gələn il Rusiyada dövlət qulluqçuları arasında ixtisarlar aparılacaq

Gələn il Rusiyada dövlət qulluqçuları arasında ixtisarlar aparılacaq Rusiya hakimiyyəti 2020-ci ildən dövlət idarəçiliyi sahəsində islahatlar aparmağa başlayacaq.
Region
23 Sentyabr , 2019 08:11
Gələn il Rusiyada dövlət qulluqçuları arasında ixtisarlar aparılacaq

Rusiya hakimiyyəti 2020-ci ildən dövlət idarəçiliyi sahəsində islahatlar aparmağa başlayacaq.

Bu barədə "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, ixtisarlar bir neçə il ərzində dövlət qulluqçularının sayının genişmiqyaslı ixtisarına və maaşların artımına gətirib çıxaracaq.

"İslahatın məqsədinin qənaət olmaması, açıq görünür. Amma bu halda azad olan vəsaitlər dövlət qulluqçularının əmək haqqının artımına yönəldiləcək", - deyə Rusiya maliyyə nazirinin birinci müavini Tatyana Nesterenko bildirib.

Nazir müavini qeyd edib ki, ixtisar keçirilmədən dövlət qulluğunda əmək haqqının rəqabət səviyyəsinə nail olmaq mümkün deyil.

"Biz 2020-ci ildən federal icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarının sayını 10 faiz azaltmağı təklif edirik", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi