Yuxarı

Ermənistanda vətəndaşlar Türkiyədən gətirdikləri mallarını gömrükdən çıxara bilmirlər

Ermənistanda Türkiyədən gətirilən mallar 5 gündür anqarda saxlanılır

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunlarının nümayəndələri artıq 5-ci gündür avtomat silahı ilə bizə nəzarət edir, yüklərimiz isə gömrüyün anbarında qalıb”.

“Report” “Novosti Armeniya” xəbər verir ki, bunu Baqrataşen Gömrük-Buraxılış məntəqəsində mallarının veriləcəyini gözləyən Krinstina Manukyan adlı qadın deyib.

“Biz yükləri Türkiyədən üç müxtəlif turist səfəri zamanı gətirmişik. Gömrük işçiləri malları fərqli adla sənədləşdiriblər. İndi mallarımız qarışıq düşüb. Sənəd var. Ancaq biz malların kimə məxsus olduğunu sübut edə bilmirik. Bununla yanaşı, gömrük məntəqəsində mallarımızı verməkdən imtina edir, bildirirlər ki, həmin məhsullar müsadirə edilməlidir”,- Manukyan bildirib.

Onun sözlərinə görə, vəziyyət o yerə çatıb ki, qadınlardan biri özünü anbarda öldürmək istəyib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti hadisə ilə bağlı açıqlama verməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi