Ermənistan rəsmisi Azərbaycana gələcək

Ermənistan rəsmisi Azərbaycana gələcək O, Bakıda keçiriləcək QDİƏT XİNŞ iclasında iştirak edəcək
Region
13 Dekabr , 2018 10:46
Ermənistan rəsmisi Azərbaycana gələcək
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Ermənistan Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunacaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

Yerevanı iclasda Xarici İşlər Nazirliyinin Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək.

QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də Bakıda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan QDİƏT-ə sədrliyi bu ilin iyun ayında qəbul edib.

QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlət daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.

Son xəbərlər

Orphus sistemi