QDİƏT XİNŞ-in iclası dekabrın 14-də Bakıda keçiriləcək

QDİƏT XİNŞ-in iclası dekabrın 14-də Bakıda keçiriləcək Bakı. 1 noyabr. REPORT.AZ/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də Bakıda keçiriləcək.
Xarici siyasət
1 Noyabr , 2018 11:28
QDİƏT XİNŞ-in iclası dekabrın 14-də Bakıda keçiriləcək

Bakı. 1 noyabr. REPORT.AZ/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də Bakıda keçiriləcək.

"Report" xəbər verir ki, iclasdan əvvəl dekabrın 12-13-də Bakıda yüksək vəzifəli şəxslərdən təşkil olunan Komitənin iclası baş tutacaq.

Həmçinin dekabrın əvvəlində Bakıda informasiya və kommunikasiya texnologiyaları nazirlərinin görüşünün təşkili də planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan bu ilin iyun ayında QDİƏT-ə sədrliyi qəbul edib.

QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlət- Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna daxildir.

Son xəbərlər

Orphus sistemi