QDİƏT-də sədrlik Azərbaycana keçib

QDİƏT-də sədrlik Azərbaycana keçib Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib
Xarici siyasət
27 İyun , 2018 13:38
QDİƏT-də sədrlik Azərbaycana keçib
Sputnik
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik Azərbaycana keçib.

"Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, sədrlik bu gün Yerevanda baş tutan QDİƏT Xarici İşlər Nazirləri Şurasının 38-ci iclasında Ermənistandan Azərbaycana keçib.

Azərbaycan bu təşkilata 2018-ci ilin iyulundan dekabr ayına qədər sədrlik edəcək.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlətdən daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.

Son xəbərlər

Orphus sistemi