Bakı. 3 oktyabr. REPORT.AZ/ Ermənistanın Milli Məclisində təmsil olunan 4 partiya qrupundan üçü ölkədə növbədənkənar parlament seçkilərinin gələn il keçirilməsini təklif ediblər.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, parlamentin iclasında Respublikaçılar Partiyası, Daşnaksütyun Partiyası, Çiçəklənən Ermənistan Partiyasının üzvü olan millət vəkilləri parlament seçkilərini baş nazir Nikol Paşinyanın istədiyi kimi bu ilin dekabr ayında yox, 2019-cu ilin may ayında keçirilməsini məqsədəuyğun hesab ediblər.
Belə olsa, adıçəkilən partiyalar baş nazir vəzifəsinə namizəd irəli sürməməyə razıdırlar. Yalnız N.Paşinyanın təmsil etdiyi Vətəndaş Müqaviləsi Partiyasının, İşıqlı Ermənistan Partiyasının, əvvəlki baş nazir Aram Sarkisyanın başçılıq etdiyi Respublika Partiyasının yaratdığı “Elk” qrupu seçkiləri bu ilin sonunadək keçirilməsini qəbul edirlər.