Yuxarı

Dmanisinin icra başçısı azərbaycanlıların problemləri ilə maraqlanıb

Dmanisinin icra başçısı azərbaycanlıların problemləri ilə maraqlanıb

Gürcüstanın Dmanisi rayonunun icra başçısı Giorgi Tatuaşvili azərbaycanlıların yığcam yaşadıqları kəndlərin sakinləri ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, rayon rəhbəri Aşağı Orozman, Yuxarı Orozman və Mtisdziri kəndlərinin problemləri ilə maraqlanıb.

Görüşün keçirilməsində məqsəd kənd sakinlərini narahat edən problem və qayğıları müəyyən etmək və rayon rəhbərliyinin səlahiyyətləri çərçivəsində onların həllinə dəstək göstərməkdir.

G.Tatuaşvili kənd sakinlərinə rayonda həyata keçirilən sosial proqamlar, cari və planlaşdırılan infrastruktur layihələri barədə məlumat təqdim edib.

Görüşdə Dmanisi rayon icra başçısının müavini Arif Süleymanov, bələdiyyə üzvləri Kamran XıdırovRamiz Ramazanov da iştirak ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi