Britaniya XİN başçısı: "Türkiyə terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə çox əhəmiyyətlidir"

Britaniya XİN başçısı: "Türkiyə terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə çox əhəmiyyətlidir" Boris Conson: "Orta Şərqdəki 1 350 ingilis hərbçi İŞİD-ə qarşı mübarizəni dəstəkləyir”
Region
4 Noyabr , 2016 16:45
Britaniya XİN başçısı: Türkiyə terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə çox əhəmiyyətlidir

Bakı. 4 noyabr. REPORT.AZ/ “Türkiyə terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə çox əhəmiyyətlidir”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson krallıq parlamentinin Aşağı Palatasında İraq və Suriyada İŞİD-ə qarşı mübarizədən danışarkən bildirib.

Onun sözlərinə görə, İraqda 500 ingilis hərbçi bu ölkənin təhlükəsizlik qüvvələrinə təlim keçir: “Orta Şərqdəki 1 350 ingilis hərbçi İŞİD-ə qarşı mübarizəni dəstəkləyir. Bəşər Əsəd, Rusiya və İran Hələbin şərqində gərginlik yaratdığı halda Tükiyə Suriyanın mülayim müxalifəti ilə İŞİD-ə qarşı mübarizədə üzərinə düşəni yerinə yetirir”. 

Son xəbərlər

Orphus sistemi