Türkiyədəki zəlzələ zonasından təxliyə edilən Azərbaycan vətəndaşları Bakıya çatıb.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Bununla da tələbələr də daxil olmaqla, digər Azərbaycan vətəndaşlarını gətirən təyyarə
***13:23
Türkiyədəki Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatır.
Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
İ.Məmmədov bildirib ki, birinci və ikinci avtobuslar artıq Naxçıvan aeroportuna çatıb. "84 vətəndaşımız burda istirahət edir və 3-cü avtobusu gözləyirlər. Üçüncü avtobusumuz isə hazırda Sədərək Gömrük Keçid Məntəqəsindən keçir. Həmin avtobusda da 16 vətəndaşımız var. Onların təxminən 1 saat sonra Naxçıvan aeroportunda olacaqları gözlənilir. Onlar prezidentin tapşırığı ilə Naxçıvana gəlmiş xüsusi təyyarə reysi ilə Bakıya uçacaqlar", - deyə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri qeyd edib.
***09:42
Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi prosesi bütün gecə ərzində davam edib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.
Azərbaycan vətəndaşları nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan 1-cisi Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyə olunan 105 vətəndaşdan 42-si Naxçıvandadır. Qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar. Daha sonra isə vətəndaşlarımız prezidentin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.